Menu

Tərtərdə qətl olub

09.05.2020, 12:16
Tərtərdə qətl olub

Tərtər sakini naməlum şəraitdə öldürülüb.

APA-nın yerli müxbirinin xəbərinə görə, şəhərin Heydər Əliyev prospektində yaşayan 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlu gecə saatlarında telefona zəng edilərək evdən çağırılıb.

Evdən çıxan X. Zeynalovun meyitini səhəri gün şəhərin Cavanşir küçəsində təmizlik işləri aparan şəxslər tapıb.

Faktla bağlı cinayət işi açılıb.

X. Zeynalovu öldürməkdə şübhəli bilinən həmyerlisi, Naib adlı şəxs saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol