Regionlar üzrə koronavirus infeksiyasının yayılma statistikası açıqlanıb. "Report" xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, Bakı 47,5, Gəncə-Qazax 13,6, Aran 10,2, Lənkəran 9,4, Şəki-Zaqatala 1, ölkə xarici 9,1 faiz faiz təşkil edib.
“Xaricdən gətirilən vətəndaşlarımız mütləq karantində saxlanılmalıdır”, - deyə R.Bayramlı bildirib.
“Bəzi bölgələrdə yoluxma saylarında artım müşahidə olunur. Bu gün təqdim olunan rəqəmlərdən sonra vətəndaşlarımızı daha məsuliyyətli olmağa çağırırıq. Bundan sonra “Məsuliyyətli ol” devizi ilə vətəndaşları qaydalara əməl etməyə çağıracağıq”, - TƏBİB sədri bildirib
Ramin Bayramlı deyib ki, Bakının Nəsimi rayonunda yoluxmaların sayı artıb. O bildirib ki, bu gün aşkar olunan xəstələrin çoxu Nəsimi rayonunun payına düşür.


Şərhlər