Menu

Koronavirusun ilk dəfə yarandığı şəhərdə yenidən yoluxma qeydə alındı

10.05.2020, 08:54
Koronavirusun ilk dəfə yarandığı şəhərdə yenidən yoluxma qeydə alındı

Çinin uzun müddət COVID-19 infeksiyasının qeydə alınmadığı Uhan şəhərində koronavirusa yeni yoluxma aşkarlanıb.

“Report” RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Xubey əyalətinin səhiyyə məsələləri üzrə komitəsinin xəbərində bildirilir.

Qeyd edilir ki, virusa yoluxmuş pasiyent ağır vəziyyətdədir.

Xubeydə ötən gün ərzində həmçinin virusun 17 yeni simptomsuz daşıyıcısı aşkar olunub. Hazırda bütün əyalət üzrə həkimlərin müşahidəsi altında 616 virus daşıyıcısı var. Onlar simptomsuz koronavirus xəstələridir.

Xubeydə bütün epidemiya ərzində 68 129 yoluxma (Uhanda 50 334 yoluxma)aşkar edilmişdi, 63 616 insan sağalıb (Uhanda 46 464), 4 512 nəfər ölüb (Uhanda 3 869).

Şərhlər

Əli 2020-05-10 14:57:34

Allah sizin köküvüzü kəssin! Dünyanı çıxılmaz vəziyyətə saldınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol