Menu

Eldar Əzizov Qaradağın icra başçısına töhmət verilməsinə münasibət bildirdi

10.05.2020, 10:49
Eldar Əzizov Qaradağın icra başçısına töhmət verilməsinə münasibət bildirdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova töhmət elan edilməsinə münasibət bildirib. "Report" xəbər verir ki, bununla bağlı jurnalistlərə açıqlama verən BŞİH başçısı bildirib ki, bütün icra hakimiyyətlərinin başçıları yaxşı işləməlidir:

"Bu gün Qaradağ Rayon İcra Hakimiyyətinin öz fəaliyyətlərində dönüş yaratmağa çalışdıqlarını müşahidə edirik. Bu, normal haldır. Çünki kiməsə cəza verilməsi, kiminsə fəaliyyətinin qiymətləndirilməsi normaldır. Deməli, daha da yaxşı işləməliyik".

E.Əzizov Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının töhmətdən nəticə çıxarıb-çıxarmaması ilə bağlı sualı belə cavablandırıb: “Bu gün buna cavab vermək hələ tezdir. Çünki bir ay yeni keçib. Hər halda onların ünvanına yeni bir irad deyilməyib”.

E.Əzizov həmçinin bildirib ki, Qaradağ Rayon İcra hakimiyyətindən başqa BŞİH-ə tabe olan heç bir rayon icra hakimiyyətlərinin başçılarına töhmət verilməyib.

Qeyd edək ki, martın 24-də BŞİH-də keçirilən müşavirədə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. 

Şərhlər

Aqahüseyin Aqayev 2020-05-10 16:03:24

Bir vaxt Hacıbala da Sizə 2001-ci ildə töhmət verdi səbəbini də Sizə izah etmədi.BU ona ğörə yadıma düşdü Hacıbala Sizi özünə rəqib ğörürdü.Məndə həmin iclasda iştirak edirdim.Amma insafən 12-rayon arasında Süleyman hecdə pis işləmir.Yəqin nəsə var.

Doktor Fuad 2020-05-10 13:23:06

Buzovna qəsəbəsi R.Axundov küçəsi 2-də yerləşən Bakı şəhər İcra Hakimiyyətinin 3 saylı fəhlə yataqxanasının həyətini hasarlayıb satmış Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keşmiş sədri və bu yataqxanaya qanunsuz soxulmuş şəxslərlə kiirayə müqaviləsi bağlamış indiki sədr cinayyət məsuliyyətinə cəlb edilməlidir. Bir yataqxanada qayda-qanun yarada bilməyən Başçının Bakı ərazisində qanun-qayda yarada biləcəyi inandırıcı deyil!

t.ədalət 2020-05-10 11:40:24

Süleyman Mikayılov İHB-nın içərisində ən kobud və pulludur....Ancaq arxasında K.Heydərov durub.Onu laxlatmağa güc yetərmi?Çətin sualdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol