Bu gün mərhum prezident Heydər Əliyevin doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhum prezident Heydər Əliyevin məzarı önünə gül qoydular, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Sonra dövlətimizin başçısı və xanımı Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.


Şərhlər