Menu

Koronavirus dövrünün idman prinsipləri ilə ilk çempionu müəyyənləşdi

10.05.2020, 18:23
Koronavirus dövrünün idman prinsipləri ilə ilk çempionu müəyyənləşdi

Futbol üzrə Nikaraqua klausurasına yekun vurulub. "Report"un məlumatına görə, çempion adını "Real Esteli" qazanıb. Bu komanda finalda "Manaqua"nı iki oyunun yekununda üstələyib - 1:1, 3:1.

Beləliklə, "Real Esteli" koronavirus pandemiyası dövründə idman prinsipləri əsasında müəyyənləşən ilk çempion olub. Bu, klub tarixində 15-ci çempionluqdur.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən əksər ölkələrin çempionatları dayandırılıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol