Menu

"Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur" - Ehsan Zahidov

12.05.2020, 13:39
"Tibbi maska taxmayan şəxslərə cərimə tədbiq olunmur" - Ehsan Zahidov

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki, tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol