Menu

Azərbaycanda bu qurumların rəhbərliyini ölkə prezidenti formalaşdıracaq

12.05.2020, 17:33
Azərbaycanda bu qurumların rəhbərliyini ölkə prezidenti formalaşdıracaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər birinin rəhbərliyi rəisdən və onun 4 müavinindən ibarətdir.

Bu, adıçəkilən qurumların bu gün təsdiq edilmiş əsasnamələrində öz əksini tapıb.

Sənədlərə əsasən, hər 3 dövlət xidmətinin rəhbərliyini ölkə Prezidenti formalaşdıracaq. Beləliklə, söhbət ümumilikdə 15 vəzifəyə təyinatdan gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol