“Azərbaycanda kölgə iqtisadiyyatının azalması, şəfaflığın stimullaşdırılması ilə bağlı böyük bir qanunvericilik paketi Milli Məclisə daxil olacaq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, kapital və əmlakın amnistiyası ilə bağlı ciddi hazırlıqlar görülür.


Şərhlər
Kölgə iqtisadiyyatı nədir? Kölgə iqtisadiyyatı ölkənin 90 faiz iqtisadiyyatına nəzarət edən talançı korrupsiyoner məmur-oliqarx, klanlar, yəni bir qrup insanlar ki milyardlarla neftdən başqa mənbələrdən gələn milyardları müxtəlif qeyri qanuni yolla ələ keçirmiş mənimsəmişlər. Bütün ölkədə olan pul,kapital,obyektlər onların və onların yaxınlarının nəzarəti altındadır. Ölkəyə gətirilən,ölkədən aparılan mallar, ölkədə az-çox istehsal olunan malların da satışı bunların nəzarəti altındadır. İndi yəqin ki onlar nə vergi verir, nə də götürdükləri milyardlarla krediti qaytarırlar. Vergi sistemi,Kömrük indiyə kimi ciblərə işləyib. İqtisadiyyatın bütün gəlirli sahələrində uzun illər korrupsiya-talan,rüşvət hökm sürüb. Kölgə iqtisadiyyatı budur. Yoxsa bir dəzi, malyar, ya da 3 nəfər yığışıb bir ofis götürürsə, ancaq çörək pulunu və kirayə pulunu zorla çıxarırsa, vergiyə və başqa orqanlara imkan vermək ki gedib onları məhv eləsinlər bu o demək deyil ki gölgə iqtisadiyyatına qarşı mübarizə aparılır.