Menu

"Bu xəstəliyin müalicəsi artıq işə salınıb" - Prezident

13.05.2020, 16:13
"Bu xəstəliyin müalicəsi artıq işə salınıb" - Prezident

"Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

"Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub.

Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. 

Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. 

Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir", - dövlət başçısı vurğulayıb.

Şərhlər

t.ədalət 2020-05-13 16:21:48

Cənab Prezident!Bu mübarizəni Dövlət sosial müdafiə fonduna tərəf yönəltmək lazımdır.Orda müharibə əlillərinin haqqı tapdanır.Bir-ioki nəfər əlil tapıb onlara "qayğı" göstərirlər,sonra da öz xeyirlərinə onları danışdırırlar.DSMF rəhbərliyi məndən sonra növbəyə duranlara öz maraqlarına uyğun olaraq Bakı şəhərində mənzil paylayır.Rüşvət və s. ala bilmədikdə Abşeronun bataqlıq ərazilərində mənzil verirlər.Himalay Həməşəyev müh.əlillərini heç qəbul etmir.Arxası möhkəmdir,deyirlər.Elə bilirəm ki,islahatları DSMF-na tərəf istiqamətləndirmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol