Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.
13 may tarixində saat 12:00-dan başlamaqla Qazax rayonunun Abbasbəyli kəndi, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətdə avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri ER-nın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, bir neçə yaşayış evinin damına zərər dəyib.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.


Şərhlər
helelik ,yavawlayiriq,LAZIM geler iwler x..duzeler
Deyirəm,haradadır Zeynəb Xanlarova,gəlsin,ermənilərlə barışığa əl uzatsın.Nə yaxşı ki ermənilər düşmən olduqlarını tez-tez xatırladırlar.Yoxsa milli ləyaqətini itirmiş adamlar,Rusiyanın yetişdirib Azərbaycanda əleyhimizə hər cür pisliyə hazır olanlar Bakının küçələrini ermənilərlə doldurarlar.
Cavab atewi ile susduruldu alqiwlar