Menu

İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

13.05.2020, 20:51
İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb

İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.

Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.

Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.

Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol