Menu

Bakıda 28 yaşlı qız marketdən oğurluq edib

14.05.2020, 09:25
Bakıda 28 yaşlı qız marketdən oğurluq edib

Bakıda marketdən oğurluq olub.

APA-nın məlumatına görə, Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən marketdə şəhər sakini N.Novruzovun kassada qoyub getdiyi 150 manat pulu oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü L. Şiveyeva müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2020-05-14 11:29:42

Güman etmək olar ki,qızın oğurluq etməsinə ölkədəki aclıq və işsizlik səbəb olub.İşsizlik nə vaxta kimi davam edəı bilər?Dövlət vəziyyəti elə bir həddə çatdırıb ki,səfalətə sürüklənən əhali məcburdur ki,əlindən alınmış haqqı uğrunda ölümə getsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol