Menu

"Yay tətili ilə bağlı tədbirlərin təşkili üzərində çalışırıq" - Təhsil Nazirliyi

14.05.2020, 11:25
"Yay tətili ilə bağlı tədbirlərin təşkili üzərində çalışırıq" - Təhsil Nazirliyi

“Təhsil Nazirliyi yay tətili ilə bağlı bir çox tədbirlərin təşkili üzərində çalışır”.

Bunu APA-ya açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, hazırda bununla bağlı həm televiziya formatı, həm də onlayn resursların təqdim olunmasına dair müzakirələr gedir: “Müzakirələr şagirdlərin faydalana biləcəyi öyrədici və əyləncəli ruhda resursların təqdimatı ilə bağlıdır. Dünən də Nazirliyin rəhbərliyi səviyyəsində müzakirələr aparıldı. Yəqin ki, yaxın müddət ərzində əsas təşəbbüslərimiz bəlli olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol