Menu

"Başqa ölkələrdə nazir dərhal istefa verərdi" - Siyavuş Novruzov

14.05.2020, 17:03
"Başqa ölkələrdə nazir dərhal istefa verərdi"  - Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov "Yeni Müsavat” qəzetinin "Facebook"dakı canlı efirində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə bağlı sualları cavablandırıb.

Millət vəkili dünyanın digər yerlərində belə hadisələr baş verəndə nazirlərin dərhal istefa verdiyini, lakin 29 ildə Azərbaycanda belə halın baş vermədiyini söyləyib: "Rüşvətxorluq və korrupsiyaya qurşananda, vəzifəsinin öhdəsindən gələ bilməyəndən vəzifəsindən uzaqlaşdırılıblar. İndi isə bizdə də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbilər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır”.

S.Novruzov son zamanlar icra hakimiyyətlərində araşdırmaların Bakı rayonlarını niyə əhatə etməməsi ilə bağlı suala isə belə cavab verib: "Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz”.

Şərhlər

Vətəndaş 2020-05-14 23:08:53

Ay Səyavuş Novruzov deyə bilərsənmi yenə PA da şikayətlərə niyə baxılmr ? Bəs bəs struktur islahatlarının nəticəsi noldu? Yenədə hansı qurumdan şikayət edirsən, üstünə qayıdır

Məhəmməd 2020-05-14 18:46:39

Siyavuş bu talançılar hamısı sınin partiyadaşlarındır. Heç olmasa danışma.

Siyavuş müəllimə 2020-05-14 17:56:50

Siyavuş müəllim,əgər ölkədə nəzarət,ciddi yanaşma,hasabatlılıq olsa idi bu qədər özbaşınalıq olmazdı.Bir də Siz düşünürsünüzmü ki,bunların gamısı Sizin üzv və qabaqda gedəni olduğunuz YAP-ın üzvləridir.Burada düşünməli çox məsələlər vardır.Siz,Ili Ihmədov kimi funsionerlər yerləruinizdəolsaydınız bu qədər biabırçılıqlar baş verməzdi.Nəticə çıxaarmaq zamanıdır.Bir də ki,nazir və ya icra başçısının istefasını gözləmək nə deməkdir?Siz o qədər gücsüzsünüz ki,istefa gözləyirsiniz?Cinayət törədəni işindən azad etmək üçün istefa etməsini gözləyirsiniz?t

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol