Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarında dəyişiklik edib.
Virtualaz.org xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) adı dəyişdirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” olub.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında da dəyişiklik edilib. Belə ki, TƏBİB-in elmi tədqiqat institutları sırasından B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu çıxarılıb.
Onun əvəzində isə siyahıya “Milli Hematologiya və Transfuziologiya Mərkəzi“ daxil edilib.


Şərhlər
Cox saq olun ki,vaxtında bu İnistitunun KORRUPSİONER direktoru işdən azad etdiniz və onun yerinə VƏTƏNİNƏ,XALQINA,DÖVLƏTİNƏ VƏ XƏSTƏLƏRƏ cox lazımlı birini ora direktor təyin etdiniz.Sizə bu təyinatda xidmətləri olan bütün ŞƏXSLƏRƏ öz daımda və xəstələr adından TƏŞƏKKÜR EDİRƏM.Köhnə direktor bütün dərman və tibb vəvazimatlarını bizə 2-qatına pulla satdırırdı.İşıq Şsu ,qaz və isti su verilmirdi.BU minvalla orada hər ay MİLYONLAR MƏNİMSƏNİLİRDİ.İNDİ də təzələri biz xəstələrdən istifadə edib ləkələmək istəyirlər.AQILASIQMAZ üsullarla xəstələrlə onlar arasında inamsızlıq yaratmaq istəyirlər.Hər şey pulla ölcülür İŞIQ.SU.QAZ. TİBBİ LAVAZİMATLAR.Hər ay oradan büccədən və xəstələrdən MİLYONLAR OQURLAYIBLAR.Mən bu işdə SİZƏ yardımcı olaram.ƏLA.*0502135757.