Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 044-ə yüksəlib.
Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb.


Şərhlər