Menu

"Bu tam axmaqlıqdır" - Putin

02.10.2014, 19:26

Putin-besanniyRusiya prezidenti ABŞ və Qərb ölkələrini sərt tənqid edib

Rusiya prezidenti Vladimir Putin ölkəsinə qarşı sanksiyalar tətbiq etmiş ABŞ və Qərbə “barmaq silkəliyib”.

ANS-in məlumatına görə, ABŞ və Qərbi sərt tənqid edən Putin bu sanksiyalarla onların öz bizneslərinə məhdudiyyətlər qoyduğunu bildirib.

VTB Kapital "Rusiya çağırır" forumunun plenar sessiyasında çıxışı zamanı Vladimir Putin Rusiyaya qarşı sanksiyaları "bu tamamilə axmaqlıqdır" deyə adlandırıb. Dövlət başçısının sözlərinə görə, Qərb ölkələri perspektivli Rusiya bazarında yeri azad etməklə Avropa Birliyinin rəqibləri üçün yol açır.

“Sanksiyalar həmin ölkələrdə biznes fəaliyyətini məhdudlaşdırır. Bu isə tamamilə axmaqlıqdır. Biz buna sakit yanaşırıq, amma təəssüf ki, Ümumdünya Ticarət Təşkilatının fundamental prinsipləri, bazar iqtisadiyyatı, rəqabətlər pozulur, beynəlxalq maliyyə institutlarına, ehtiyat valyutalara – dollara və avroya etibar azalır”, – deyə Vladimir Putin bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol