Menu

Şəhriyar Məmmədyarov xatirə turnirində ardıcıl 3 qələbə qazanıb

15.05.2020, 23:42
Şəhriyar Məmmədyarov xatirə turnirində ardıcıl 3 qələbə qazanıb

İlk dünya çempionu Vilyam Steynitsin xatirəsinə həsr olunan onlayn şahmat üzrə beynəlxalq turnirin ilk oyun gününə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turnirdə qüvvəsini sınayan 10 şahmatçı 6 turda qüvvəsini sınayıb.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov turnirə uğursuz başlayıb. Çinli Bu Sanji ilə heç-heçənin ardından qrossmeysterimiz rusiyalı Danil Dudov və dünya çempionu norveçli Maqnus Karlsenə uduzub.

Bundan sonra toparlanan Şəhriyar ardıcıl 3 qələbə qazanıb. O, rusiyalı Peter Svidler, vyetnamlı Le Kuanq Lyen və ABŞ təmsilçisi Ceffti Xionqa qalib gəlib.

Beləliklə, şahmatçımız günü 6 mümkün xaldan 3,5 xalla başa vurub. O, ilk gündən sonra 4-cü pillədə yer alıb. Yarışın lideri Karlsenin 4, Dudovla Sanjinin hərəyə 3,5 xalı var.

Qeyd edək ki, mayın 16-17-də şahmatçılar daha 6 turun görüşlərini keçirəcək.

Şərhlər

Eli 2020-05-16 01:08:10

Deyirem göresen bu ölkede birce neferde olsa imkanlı bir kişi tapılacaq ki bizim bu qeyretli heç vaxt heç neden narazı bele qalmayan bu şahmatçılata yaxından minnetz kömeklik göstersin ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol