Menu

“Təmiz Şəhər” ötən il büdcədən 30 milyon manat alıb

16.05.2020, 12:48
“Təmiz Şəhər” ötən il büdcədən 30 milyon manat alıb

2019-cuildə Azərbaycanda dövlət büdcəsinin mənzil və kommunal təsərrüfatı bölməsindən Bakı şəhərində məişət tullantılarının toplanması, emalı və utilizasiyası işlərinin görülməsi üçün İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC-yə 30 milyon manat ayrılıb.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bundan başqa, istilik təchizatı ilə bağlı xərclər üçün "Azəristiliktəchizat" ASC-yə 16,5 milyon manat, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə əhaliyə göstərilən mənzil-məişət və kommunal xidmətlər üzrə xərclər üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 6,1 milyon manat vəsait yönəldilib.

2019-cu ildə dövlət büdcəsindən yanacaq və enerji xərcləri bölməsinə 7,8 milyon manat vəsait ayrılıb. Bu bölmədən bərpa olunan enerji resurslarının mənbələrinin müəyyən olunması və bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 4,6 milyon manat xərc çəkilib.

Şərhlər

Memmedqulu 2020-05-17 15:49:20

Meshedi bir 50 manat ver bunu qezetimde yazim

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol