Menu

Daha iki klubumuzda koronavirus testinin nəticəsi məlum oldu

17.05.2020, 01:56
Daha iki klubumuzda koronavirus testinin nəticəsi məlum oldu

Azərbaycanın daha 2 futbol klubunda COVİD-19 testi aparılıb."Report"un məlumatına görə, “Keşlə” və "Səbail"in futbolçu, məşqçi və inzibati heyəti koronavirus testindən keçib.

Klubların təlim-məşq bazasında baş tutan yoxlamanın nəticələrinə əsasən bu kollektivlərin heç bir üzvündə infeksiya aşkarlanmayıb.Qeyd edək ki, daha əvvəl "Qarabağ", "Neftçi". "Zirə" və "Sabah" klublarında da koronavirus testi aparılıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol