Almaniyada ötən sutkada 513 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 175 210-a yüksəlib.
Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 72 nəfər artaraq 8 007-yə çatıb.
Bildirilib ki, ölkədə indiyədək 155 mindən çox insan bu infeksiyadan sağalıb.


Şərhlər