Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərin gecikən kredit borclarının onların maaş və pensiya kartlarından məlumat verilmədən tutulması ilə bağlı səsləndirilən ittihamlara aydınlıq gətirib.
Bankın mətbuat xidmətindən "Azpolitika.info"-ya verilən açıqlamada bu ittihamların əsassız olduğu bildirilib.
Qeyd edilib ki, bankın maaş və pensiya kartı sahiblərinə kredit verilərkən, müştəri öz yazılı razılığı əsasında avtoödəmə sisteminə qoşulur.
"Bu, müştərinin rahatlığına xidmət edir və hər ay kredit borclarının ödənişi üçün banka gəlmək ehtiyacını aradan qaldırır. Bu halda kredit borcu hər ay maaş və ya pensiya kartı hesabından tutulur. Müştəri bununla razılaşmadıqda yenidən banka ərizə ilə müraciət edərək avtoödəmə sistemindən çıxa və aylıq kredit ödənişlərini hər ay nağd, yaxud onlayn qaydada ödəyə bilər. Kredit borclarının gecikmələrə yol vermədən vaxtlı-vaxtında ödənilməsi isə hər bir müştərinin öhdəliyidir"- deyə ABB-dən verilən açıqlamada qeyd olunur.
Azpolitika.info


Şərhlər