“Erməni mətbuatında Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edirsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.
“Report” xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzil İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın M.Ə.Rəsulzadəni faşist Almaniyası ilə əməkdaşlıqda ittiham etməsi sayıqlamadır: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Baba Paşinyan kimdir?! Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”

Şərhlər
Resulzade taktiki gedishler edib, Almanlarin komeyi ile mustegiliyin berbasina girmizi sovet fashizminin Azerbaycana vurdugu yaralari sagaltmaq isteyirdir. Resulzade ve onu egide yoldashlari ve 10 minlerle girmizi terorun gurbani olan vetenperver elitamiz mehv edilmishdir. Hemid Sultanov Azerbaycan xalginin marif ciragi olan Firudin bey Kocerlini ermenilerin eli ile gulleletmishdir. Onu gohumudur yegin medeniyyet nazirliyinde tutulan.

nikol sənin baban kommunist əqidəsini dəyişərək faşist nökəri olub.