Menu

UEFA "Qarabağ"dan başqa bütün klublara pul ödədi

19.05.2020, 17:18
UEFA "Qarabağ"dan başqa bütün klublara pul ödədi

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün növbəti ödənişlər edib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, vəsait 2018/2019-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramını əhatə edib. Ödəniş yalnız qrup mərhələsində çıxış etmiş "Qarabağ"a olunmayıb.

Digər klubların hər birinə isə UEFA 15 min 446.42 avronu AFFA-nın vasitəçiliyi ilə köçürüb.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol