Menu

Rusiyada hərbi helikopter sərt eniş edib, ekipaj həlak olub

19.05.2020, 22:59
Rusiyada hərbi helikopter sərt eniş edib, ekipaj həlak olub

Rusiyanın paytaxtı Moskva ətrafında Mi-8 hərbi helikopteri sərt eniş edib.

Bu barədə “Report” TASS-a istinadla xəbər verir.

İlkin məlumata görə, hadisə Klinsk rayonunda qeydə alınıb. Hərbi Mi-8 helikopteri "Zaxarovo" kəndində sərt eniş edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, helikopterin ekipajı həlak olub.

Qeyd edilir ki, hadisəyə texniki nasazlıq səbəb ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol