İranın 100-dən çox xüsusi təyinatlısı İraqdakı müqəddəs məkanların müdafiəsini təşkil etmək üçün bu ölkəyə gəlib.
AzNew.az xəbər verir ki, iranlılar İŞİD yaraqlılarının şiələrə aid müqəddəs məbədləri və məsçidləri partlatmaqlarından narahat olduqlarına görə bu addımı atıb.
İŞİD qruplaşması bəyanat verərək növbəti hədəflərinin Bağdad və Kərbəla şəhərlrində olan “küfr ocaqları” olduğunu bildirib. Onlar həmin məkanları partladacaqlarını deyiblər.
Qeyd edək ki, İŞİD Osmanlı dövründə Suriya ərazisində inşa edilmiş Süleyman Şah türbəsini də partladacaqlarını bildirdikdən sonra türk əsgərləri həmin türbənin müdafiəsini təşkil etməyə başlayıblar.


Şərhlər