Menu

Öz qardaşına narkotik satan şəxs saxlanıldı

20.05.2020, 09:31
Öz qardaşına narkotik satan şəxs saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum edilmiş Adəm Zeynalov öz qardaşına 10 manat müqabilində heroin satarkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun üzərindən 1 büküm heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə A. Zeynalovun yaşadığı ünvana baxış keçirilən zaman oradan polietilen torbada təmiz çəkisi 3 kiloqram 570 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Saatlı RPŞ-də araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol