Menu

Azərbaycana idxal olunan məhsulların qiyməti artıb

21.05.2020, 15:57
Azərbaycana idxal olunan məhsulların qiyməti artıb

Bu ilin mart ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 100,9%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 123,8% təşkil edib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart aylarına nisbətən isə 125,6% olub.

Məlumata əsasən, 2020-ci ilin mart ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 66,6%, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 61,1%, 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin eyni dövrünə nisbətən isə 88% təşkil edib.

Şərhlər

İqtisadçı 2020-05-21 16:25:26

Azərbaycanda dolların qiyməti sabit qaldığı haldavbu bahalaşma təəcüb doğurmur?Axı bu aydın məslədir ki,manatın məzənnəsi dəyişməyib ,xarici ölkələrdə isə malların qiyməti dolların mzənnəsinə görə dəyişir.Bu zaman xaricdə məzənnə dəyişməsi Azərbaycanda hiss olunmamalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol