Menu

Yol polisi qəza törətdi - Hadisə yerində öldü

22.05.2020, 14:19
Yol polisi qəza törətdi - Hadisə yerində öldü

Dünən Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BakuPost” xəbər verir ki, “Nargilə” dairəsi adlanan ərazidə 10LH 550 nömrə nişanlı “Mercedes” markalı avtomobil “Toyota Prado” markalı avtomobilə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü hadisə yerində vəfat edib.

Məlum olub ki, qəza törədən şəxs polis kapitanı Taleh Hüseynovdur. O, DYP-nin Yol hərəkətinin təşkili şöbəsinin əməkdaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol