Menu

Qazaxın kəndlərinə dolu düşüb

22.05.2020, 22:25
Qazaxın kəndlərinə dolu düşüb

Yerli vaxtla saat 20:20-də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı və Yuxarı Salahlı kəndlərinə dolu düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, dolu təxminən 10 dəqiqə davam edib.

Hadisə stansiyadan və məntəqələrdən kənarda olduğundan dolunun diametrini ölçmək mümkün olmayıb. Proses güclü şimal-qərb küləyi və leysan xarakterli yağışla müşayiət edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol