Menu

Rusiyada son sutkada 36 meşə yanğını söndürülüb

24.05.2020, 08:50
Rusiyada son sutkada 36 meşə yanğını söndürülüb

Mayın 23-də Rusiyada 2116 hektar ərazidə 36 meşə yanğını söndürülüb.

APA RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Regional Meşə Təsərrüfatı Dispetçer Xidməti məlumat yayıb.

Bildirilib ki, bir gün əvvəl 871 hektar ərazidə 38 meşə yanğının qarşısı alınıb.

Mayın 24-nə keçən gecə isə 11733 hektar ərazidə 64 meşə yanğınları aktiv şəkildə söndürülüb. Yanğınların söndürüldüyü ən böyük ərazi Xabarovskda qeydə alınıb - 4870 hektar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol