Menu

Bakıda gənc qız yolun ortasında can verdi

03.10.2014, 11:39
Bakıda gənc qız yolun ortasında can verdi

Nobel prospektində piyadaları maşın vurub

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Nobel prospektində iki piyadanı avtomobil vurub.

Maşın vuran şəxslər 1984-cü il təvəllüdlü Ağasif İsmayılovu və 1991-ci il təvəllüdlü Təhminə Mustafayevadır. Onlar yolu keçərkən avtomobil zərbəsinə tuş gəliblər.

Zərbənin təsirindən gənc qız hadisə yerində ölüb. 30 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır. /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol