Menu

Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

25.05.2020, 16:17
Cəlilabadda liseyin həyətindən kişi meyiti tapılıb

Cəlilabad rayonunda kişi meyiti tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, meyit rayonun Göytəpə şəhərində yerləşən Peşə Liseyinin həyətində aşkar edilib.

Hazırda meyitin kimliyi və hadisənin necə baş verdiyi müəyyənləşdirilir.

Həmin şəxsin koronovirusdan ölüb-ölmədiyini dəqiqləşdirmək üçün meyitdən analiz götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol