Pomidorun saxlanması barədəki əfsanə alt-üst oldu - Alimlər sübut etdilər

Belə bir fikir mövcud idi ki, pomidoru soyuducuda saxlamaq arzuolunan deyil, belə ki, dadını və aromatını itirir.

Almaniyadakı Hettinget universitetinin alimləri bu fikrin həqiqətə uyğunluğunu təcrübədə yoxlamaq qərarına gəliblər. Onlar təcrübəli dequstatorlardan ibarət qrup yaradaraq bir neçə pomidor növünü qiymətləndirməyi xahiş ediblər.

Pomidorların yarısı 4 gün soyuducuda 7 dərəcə (Selsi) temperaturda saxlanıb. Obiri hissəsi isə elə həmin müddətdə otaq temperaturunda qalıb. Eksperiment iştirakçıları pomidorların şirinliyini, turşluğunu, qalıq dadını və şirəliliyini qiymətləndiriblər.

Gözləntilərin əksinə olaraq dequstatorlar sayuducuda və otaq temperaturunda saxlanmış pomidorlar arasında heç bir fərq hiss etməyiblər. Eksperimentə əlavə olaraq alimlər laboratoriyada pomidorların uçucu maddələrini, karotinoidlərini və şəkərini testləşdiriblər. Analizlər göstərib ki, pomidorların dad-tam üzrə keyfiyyətinə yalnız onların saxlanma müddəti təsir göstərir. Bu müddət qısa oluqca pomidorlar dadlı və ətirli olurlar.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar