Menu

2 uşaq atası intihar edib

27.05.2020, 11:52
2 uşaq atası intihar edib

Ucar rayonunda intihar hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qazyan kənd sakini, 1979-cu il təvəllüdlü Samir Mirsaab oğlu Əliyev bu gün səhər saatlarında həyətindəki tut ağacından özünü asıb.

Məlumata görə, 2 uşaq atası olan S. Əliyev içki aludəçisi olub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol