“Aİ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqları dəstəkləyir” - Səfir

Avropa İttifaqı (Aİ) Azərbaycanın işğal altında olan ərazilərində keçirilən qondarma “prezident seçkiləri” və “andiçmə mərasimi”ni tanımır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Xartselin məktubunda bildirilib.

Məktub Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) Dağlıq Qarabağda qondarma rejimin keçirdiyi “prezident seçkiləri” və Şuşada təşkil edilən “andiçmə mərasimi”nə etirazın bildirildiyi bəyanatına cavab olaraq təqdim edilib.

Səfir qeyd edib ki, bu hadisələr Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi və ya davam edən danışıqlar prosesinin nəticəsinə xələl gətirə bilməz: “Avropa İttifaqı ATƏT-in Minsk Qrupu və onun həmsədrlərinin dayanıqlı sülh üçün substantiv danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə səyləri bundan sonra da dəstəkləməyə hazırdır”.

635x100

Şərhlər

Əli 2020-05-28 18:00:28

Aİ 30 ildir sülh yolunu dəstəkləyir, ermənilər isə bu illərdə torpaqlarımızı məskunlaşdırıblar. İndi bir 30 il də sülhü gözləyək? Bir anın içində "Qarabağın" müstəqilliyi tanına bilər. Kim bunun əksini deyirsə arqumentlərini qoysun ortaya..

Son yazılar