Menu

Neftçalada 50 yaşlı kişi intihar etdi

30.05.2020, 17:09
Neftçalada 50 yaşlı kişi intihar etdi

Neftçalada intihar hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Haqverdi kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Hüseynov Eldar Fazil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol