Menu

82 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib

31.05.2020, 16:22
82 deputat Milli Məclisin növbədənkənar sessiyasının çağırılmasını istəyib

“Milli Məclisin 82 deputatı növbədənkənar sessiyanın çağrılması üçün mənə müraciət edib”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spikerin sözlərinə görə, həmin müraciətlərə baxılıb və növbədənkənar sessiyaların keçirilməsi ilə bağlı qərar qəbul edilib.

“Mən bununla bağlı sərəncam imzalamışam. Növbədənkənar sessiyanın ilk iclasları iyunun 1-i və 2-də keçiriləcək", - deyə S. Qafarova bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol