Menu

Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı

03.06.2020, 12:09
Rusiyada koronavirusdan ölənlərin sayı 5 215-ə çatdı

Rusiyada son bir gündə daha 8 536 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 432 277 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə 178 nəfər artaraq 5 215-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 195 957 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 842nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol