Menu

Paşinyanın komandasından daha bir istefa

04.06.2020, 18:17
Paşinyanın komandasından daha bir istefa

Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.

“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı qərarını “Facebook” səhifəsində elan edib.

“KİV-də yayılan çoxsaylı şayiələrin qarşısını almaq üçün Ermənistan baş nazirinə tutduğum vəzifədən azad edilməklə bağlı ərizə yazmışam”, - D.Ananyan bildirib.

O, bu vəzifədə iki ildən artıqdır fəaliyyət göstərirdi.

D.Ananyan istefasının səbəbini açıqlamayıb.

Şərhlər

Fərman 2020-06-04 18:52:58

Kaş istefa mədəniyyəti bizimkilərdə də olaydı!Amma...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol