Bakıda avtomobil qəza zamanı yanıb - Xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səngəçal qəsəbəsində BMW markalı minik avtomobili “Shagman” markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən BMW alışıb. Hadisə zamanı minik avtomobilinin orta yaşlı qadın sərnişini və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları yanğından ərazidə olan şəxslər xilas edə biliblər.

Əraziyə yol polisi əməkdasları və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar