Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

05.06.2020, 10:19
Gürcüstanda koronavirusa yoluxanların sayı 805-ə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların sayı 805-ə çatıb. Onların 650-si müalicə olunaraq sağalıb, 13-ü isə vəfat edib.

Ölkə üzrə karantində 2 424, stasionar nəzarətdə isə 304 nəfər saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol