Kürdə qorxulu vəziyyət, heyvanlar belə içməyə su tapmır - Deputat həyəcan təbili çalır

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb.

"BakuPost"un məlumatına görə, bununla bağlı Neftçaladan millət vəkili seçilən Sabir Rüstəmxanlı problemi gündəmə gətirib: “Kür çayının səviyyəsi son illərdə aşağı düşməkdə davam edir. Bu hal Kür sahili ərazilərdə daha aşkar hiss edilir. Suyun aşağı düşməsi daha kəskin şəkildə kürün dənizlə birləşdiyi Neftçala rayonunda narahatçılıq yaradır. Kürün suyunun çox aşağı düşməsi həm də suyun şorlaşmasına səbəb olur. Vəziyyət son həftədə daha kəskin hal alıb ki, artıq heyvanlar belə su içməkdən imtina edir”.

Millət vəkili vəziyyətin daha pisləşdiyini bildirib: ” Neftçalanın Kür sahilı kəndlərində, Mayak, Yenikənd, Bankə qəsəbəsi, Neftçala şəhərinin özü və bir çox kəndlər artıq evlərə su şor şəkildə gəldiyi üçün su içməkdən imtina etməyə məcburdular. Səbəb mövsümlə əlaqədar olaraq Kürün suyunun artırılmasında və suyun şorlaşmasına təkan verən kəskin xəzrilərin əsməsidir. Su azalır, xəzri əsir dəniz suyun Kürə qovur və bu vəziyyəti pis məcraya salır”.

635x100

Şərhlər

Şirvandan 2020-06-06 07:03:40

Nədən, Bələdiyyə, İH, laboratoriya və İnqlabçı MV bunu Nəzirlərə çatdırmır?

Omer 2020-06-05 19:02:23

Evveller dasqin olanda kurun denize tokulen yerin derinlesdirdiler. Belke indi eksi I etmek lazimdir. Eger kurun hemen hisses I dayaz olsa hem kurun seviyyesi qalxar, insanlar olan Sudan istifade eder hemde xezri deniz suyunu kur yuxari apara bilmez.. Deniz sordu. Denize qarisan su artiq istifadeye yararsizdi. Ona gore suyun denize tokulen hisses bir qeder baglansa pis olmaz. Hami su goture biler

Son yazılar