Moskvada “Yeni sosializm uğrunda” hərəkatın lideri həbs olunub

“Yeni sosializm uğrunda” hərəkatın lideri, tarix elmləri doktoru Nikolay Platoşkin həbs olunub. Bu barədə «Qazeta nova» nəşri xəbər verib, siyasətçinin arvadı da faktı təsdiqləyib.

Platoşkin kütləvi qarışıqlıq salmaqda günahlandırılır. Siyasətçinin «Feysbuk» səhifəsində deyildiyi kimi, istintaq komitəsinin əməkdaşları artıq onun Lenin prospektindəki mənzilində axtarış aparıblar. Axtarışın gedişində Platoşkinin kompüteri götürülüb.

«Həmin an mən evdə olmamışam - şəhər kənarında idim. Qayıdan zaman artıq onu aparmışdılar» - deyə, arvadı bildirib.

Xatırladaq ki, Platoşkin öz partiyasını yaratmaq niyyətində olduğunu bəyan edib. Bildirib ki, 2021-ci ildə Dövlət Dumasına seçkilərdə iştirak edəcək. Onun sözlərinə görə, Dumada sol çoxluq formalaşdırmaq və ilk olaraq, pensiya islahatını ləğv etmək lazımdır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar