Menu

Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb - FHN axtarış aparır

07.06.2020, 00:01
Kürdəmirdə 20 yaşlı oğlan göldə batıb - FHN axtarış aparır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonunun Sovla kəndində, süni göldə 2000-ci il təvəllüdlü Məmmədov Balakişi Sahib oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol