Özbəkistanda koronavirus qurbanlarının sayı çoxaldı

Özbəkistanda COVID-19 səbəbilə ölən insanların sayı bir nəfər artaraq17-yə çatıb. “Report” ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, virusa yoluxanların sayı 4 022-yə çatıb. 3 227 nəfər müalicə alaraq sağalıb.

Son günlər ölkədə virusa yoluxanların sayı aşağı düşüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,3 milyon nəfərdən çoxu sağalıb, 4 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

AzPolit izləyicisi 2020-06-07 09:10:32

Ola bilər ki, işğalçı Haystanın adını bircə ay heç anmayasınız?

Son yazılar