Menu

DİM magistraturaya qəbul üçün minimal toplayanlara yeni şans verib

08.06.2020, 11:19
DİM magistraturaya qəbul üçün minimal toplayanlara yeni şans verib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının nəticəsi müvafiq ixtisas qrupları üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrlara proqram və ixtisaslaşma seçimində iştirak etmək imkanı verilir.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə razılığına əsasən, bu il bütün ixtisas qrupları üzrə magistraturaya qəbul imtahanında iştirak edərək minimal bal tələbini ödəyən, lakin ayrı-ayrı fənlər üzrə minimal tələbləri ödəməyən bakalavrların ödənişli plan yerlərinin müsabiqəsində iştirak etmələrinə icazə verilib.

Xatırladaq ki, proqram və ixtisaslaşma seçimi 8-18 iyun tarixlərində həyata keçiriləcək. "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi" səhifəsi gün ərzində DİM-in saytında aktiv ediləcək.

Şərhlər

Valideyn 2020-06-08 12:39:01

Bu hansı ehtiyacdan irəli gəlib? Dövlət sifarişi ilə,yoxsa təhsil möhtəkirlərinin arzusu ilə? Bəs deyilmi, gəncliyi məhv edirsiniz?Ölkəyə bu qədər savadsız diplomlular lazımdırmı?Komediya nə zaman bitcək?Qəbul planı dövlət tərəfindən müəyyən edilməli və ökəyə tələb olunan sayda və ixtiisasda mütəxəssis hazırlanmalıdır.Bəs deyilmi diplomlu kartof satan lar?b

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol