«Böyük iyirmilik»in iştirakçı ölkələri koronavirusla mübarizəyə 21 milyard dollar vəsait ayırmaq barədə razılığa gəliblər. Bu barədə rəsmi bəyanatda söhbət açılır.
Pullar ilk növbədə, diaqnostikaya, vaksin hazırlanmasına, yeni virus xəstəliyinin müalicəsinə, pandemiya ilə mübarizə çərçivəsində tədqiqat və yeni vasitələrin işlənib hazırlanmasına yönəldiləcək. «G20 üzvləri və dəvət olunan ölkələr bütün dünyada səhiyyə sisteminin maliyyələşdirilməsinin dəstəklənməsinə 21 milyard dollardan artıq vəsait ayırmağı öhdələrinə götürüblər» - bəyanatda belə deyilir.
Bu qərara qədər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiya ilə mübarizəyə lazım olan vəsaitin yarısından azı qədər pul toplandığını bəyan edib.
AzPolitika.info


Şərhlər