Menu

Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqlənib

08.06.2020, 18:45
Marneulidə koronavirusa yeni yoluxma halları təsdiqlənib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, COVID-19-a yoluxanlar Kirəç-Muğanlı kəndinin sakinləridir.

Hazırda həmin şəxslərin təmasda olduğu insanlar müəyyən edilir.

Qeyd edək ki, bu vaxta qədər rayonda koronavirusa 43 yoluxma halı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol